İtaliyalı modelyer Valentino 93 yaşında vəfat edib

Baş səhifə
İtaliyalı modelyer Valentino 93 yaşında vəfat edib

İtaliyalı modelyer, “Valentino” moda evinin qurucusu Valentino Garavani 93 yaşında Romadakı evində vəfat edib.

“Report”un “Skytg24” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Garavani Mədəni-Tarixi Fondu açıqlama yayıb.

Dəfn mərasimi yanvarın 23-də saat 11:00-da Roma şəhərinin mərkəzində, Respublika meydanı, 8 ünvanında yerləşən Santa-Maria-degli-Angeli bazilikasında keçiriləcək.

Valentino Garavani 1932-ci ildə İtaliyanın şimalında anadan olub. Məktəbdən sonra Milandakı İncəsənət Akademiyasında və Parisdəki Yüksək Moda Sindikatının məktəbində təhsil alıb. Bundan əlavə, o, fransız modelyerləri Jan Desse və Gi Laroşanın yanında təcrübə keçib. İtaliyaya qayıtdıqdan sonra Romada öz tikiş emalatxanasını açıb. 1960-cı illərin əvvəlində Cankarlo Cammetti ilə birlikdə “Valentino” moda evini təsis edib.

1998-ci ildə Garavani moda evini iş adamı Canni Anyelliyə satıb. Lakin modelyer on il ərzində onun üçün kolleksiyalar yaratmağa davam edib. Sonuncu moda nümayişi 2008-ci ildə Parisdə baş tutub.

2025-ci ilin sentyabrında Corco Armani dünyasını dəyişib. İtalyan dizaynerin vəfatı barədə “Armani Group” məlumat yayıb.