Bolqarıstan Prezidenti Rumen Radev istefasını elan edib

Baş səhifə

Bakı. Trend:

Bolqarıstan Prezidenti Rumen Radev istefa elan edib.

Trend-in
məlumatına görə, Bolqarıstan liderinin bu barədə xalqa müraciətinin
birbaşa yayımı Radevin “Facebook” səhifəsində yayımlanıb.




“Bu gün mən sonuncu dəfə Bolqarıstan Prezidenti kimi sizə
müraciət edirəm. Bağışlanmağımı diləyirəm. Zaman sizin etimadınızı
sınağa çəkdi və mən səbrinizə görə sizə təşəkkür edirəm”, – deyə
Radev bildirib.

O, həmçinin fəaliyyəti dövründə səhvlərə yol verdiyini və
başladığı işi sona çatdıra bilmədiyini vurğulayıb.