
Bakı. Trend:
İngilis mərkəz müdafiəçisi Mark Qehi “Mançester Siti” ilə
müqavilə imzalayıb.
Trend xəbər verir
ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Mançester Siti” 25 yaşlı İngiltərə millisinin üzvü üçün 23
milyon avro ödəyəcək. Futbolçu ilə 2031-ci ilin yayına qədər
müqavilə imzalanıb.
Qeyd edək ki, ötən yay Qehinin təxminən 40 milyon avroya
“Liverpul”a keçidi gündəmdə olub, lakin transfer son anda baş
tutmayıb.
“Çelsi”nin gənclik sisteminin yetirməsi olan Mark Qehi 2021-ci
ilin yayında 23 milyon avro qarşılığında “Kristal Palas”a transfer
olunub. Onun London klubu ilə mövcud müqaviləsi 30 iyun 2026-cı ilə
qədər qüvvədədir. Transfermarkt portalı futbolçunun bazar dəyərini
55 milyon avro olaraq qiymətləndirir.
Bu mövsüm Qehi “Kristal Palas”ın heyətində 33 oyunda iştirak
edib, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


