Çexiyada bələdiyyə binasında atışma olub, ölən və yaralılar var

Baş səhifə
Çexiyada bələdiyyə binasında atışma olub, ölən və yaralılar var

Çexiyanın Xribska şəhərində bələdiyyə binasında baş verən atışma nəticəsində bir qadın həlak olub, ən azı dörd nəfər, o cümlədən bir polis əməkdaşı yaralanıb.

Bu barədə “Report” agentliyi “Reuters”ə istinadən məlumat verib.

Polisin məlumatına görə, təhlükəsizlik qüvvələri binanı nəzarət altına alıblar. Hücumun səbəbləri müəyyən edilməyib. Atəş açanın şəxsiyyəti hələ açıqlanmayıb.

“Hazırda bir qadının öldüyünü və atəş açanın şəxsiyyətinin müəyyən edildiyini təsdiqləyə bilərik”, – polis bildirib.

Hadisə ilə bağlı araşdırma davam edir.