“Kral Şir” cizgi filminin rejissoru vəfat edti

Baş səhifə

Bakı. Trend:

“Kral Şir” (The Lion King, 1994) cizgi filminin yaradıcılarından
biri kimi tanınan amerikalı rejissor Rocer Allers 76 yaşında vəfat
edib.

Trend-in məlumatına görə, bu barədə onun dostu və film prodüseri
Deyv Bossert “Facebook” səhifəsində yazıb.




“Dostumuz Rocer Allersin növbəti səyahətinə çıxması xəbəri məni
dərindən kədərləndirdi”, – deyə o bildirib.

Qeyd edək ki, Rocer Allers rejissor, ssenarist və rəssam olub.
Onun rejissorluq debütü məşhur “Kral Şir” cizgi filmi olub. O,
həmçinin “Kiçik Su Pərisi” (1989) və “Ələddin” (1992) cizgi
filmləri də daxil olmaqla “Disney” üçün ssenarilərin yazılmasına
töhfə verib.