ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır – Starmer

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer Qrenlandiya və
Arktikanın təhlükəsizliyi ilə bağlı mövqelərini açıqlayıb.

Trend xəbər verir ki, Baş
nazir bildirib ki, Böyük Britaniyanın Qrenlandiya ilə bağlı mövqeyi
aydındır. Ada Danimarka Krallığının tərkib hissəsidir və onun
gələcəyi Qrenlandiya xalqı və danimarkalıların qərarına aiddir.
Arktikanın təhlükəsizliyi bütün NATO üçün mühüm əhəmiyyət daşıyır
və müttəfiqlər Arktikanın müxtəlif bölgələrində Rusiyadan gələcək
mümkün təhdidlərə qarşı birgə şəkildə daha çox iş
görməlidirlər.




Baş nazir həmçinin qeyd edib ki, NATO müttəfiqlərinin kollektiv
təhlükəsizliyi naminə atdıqları addımlara görə onlara qarşı
tariflərin tətbiqi tamamilə yanlışdır. Böyük Britaniya bu məsələni
birbaşa ABŞ administrasiyası ilə müzakirə edəcək.

Qeyd edək ki, ABŞ Qrenlandiyaya görə 8 Avropa ölkəsinə xüsusi
tarif tətbiq edib.