Şamaxı rayonunda zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı rayonunda zəlzələ
qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata
görə, yeraltı təkanlar yerli vaxtla saat 07:56-da baş verib.




Zəlzələnin maqnitudası 3,7 olub, ocağı 9 kilometr dərinlikdə
yerləşib. Titrəyişlər episentrdə 4 bala qədər hiss olunub.