Bakı. Trend:
Pakistanın cənubundakı Karaçi şəhərində yerləşən “Gul Plaza”
ticarət mərkəzində baş verən güclü yanğın nəticəsində ən azı üç
nəfər həyatını itirib, yeddi nəfər isə yaralanıb.
Trend xəbər verir
ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Məlumata görə, şəhərin sıx məskunlaşdığı ərazidə yerləşən
ticarət mərkəzinin birinci mərtəbəsində başlayan yanğın qısa
müddətdə bütün binaya yayılıb. Yanğın zamanı yuxarı mərtəbələrdə
bir neçə nəfər köməksiz vəziyyətdə qalıb.
Təcili yardım xidmətləri hadisə yerinə altı yanğınsöndürmə
briqadasının cəlb edildiyini, lakin vəziyyətin hələ də kritik
olaraq qaldığını bildirib.
İlkin məlumatlara əsasən, yanğın mağazalardan birində baş verən
elektrik qısaqapanması nəticəsində yaranıb. Hüquq-mühafizə
orqanları hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

