Hindistan “IndiGo” aviakompaniyasını cərimələyib

Baş səhifə

Bakı. Trend:

Hindistanın Mülki Aviasiya Baş İdarəsi dekabrın əvvəlində
genişmiqyaslı uçuş ləğvlərinə görə ucuz aviaşirkət “IndiGo”nu 2,45
milyon dollar məbləğində rekord cərimə edib.

Trend xəbər verir
ki, bu barədə tənzimləyici qurum açıqlamasında məlumat verib.

Açıqlamada deyilir ki, 2025-ci il dekabrın 3-5-i tarixləri
arasında “IndiGo” şirkətinin geniş yayılmış uçuş gecikmələri və
ləğvləri nəticəsində 2 507 reys ləğv olunub, 1 852 reys gecikib və
müxtəlif hava limanlarında 3 000-dən çox sərnişin narahat olub.
Hadisələrdən sonra Mülki Aviasiya Nazirliyinin təlimatı ilə
IndiGo-nun fəaliyyətindəki pozuntuları araşdırmaq üçün dörd
nəfərlik xüsusi komitə yaradılıb.




Komitənin araşdırması göstərib ki, problemlərin əsas səbəbləri
əməliyyatların həddindən artıq optimallaşdırılması, tənzimləyici
hazırlığın yetərsizliyi, proqram təminatındakı çatışmazlıqlar və
aviaşirkətin idarəetmə strukturu ilə əməliyyat nəzarətindəki
nöqsanlardır.

Qeyd olunur ki, “IndiGo”nun donanması əsasən dar gövdəli “Airbus
A320″lərdən ibarət olub və 400-dən çox təyyarəni əhatə edir.