“Turan Tovuz” yoxlama oyununda Polşa “Poqon”una uduzub

Baş səhifə
Turan Tovuz yoxlama oyununda Polşa Poqonuna uduzub

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Turan Tovuz” yoxlama oyununa çıxıb.

“Report” xəbər verir ki, qərb kollektivi Polşa təmsilçisi “Poqon”la üz-üzə gəlib

Matç rəqibin 3:2 hesablı qələbəsi ilə bitib.

“Turan Tovuz”un qollarını Ayxan Hüseynov (26) və İbrahima Vadji (34) vurublar.

Qeyd edək ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq.