
Bakı. Trend:
“Kristal Palas”ın mərkəz müdafiəçisi Mark Qehinin transferinin
başa çatmasından sonra “Mançester Siti” “Nottinqem Forest”in
yarımmüdafiəçisi Elliot Andersonu növbəti əsas transfer hədəfi kimi
müəyyən edib.
Trend bu barədə
TEAMtalk-a istinadən xəbər verir.
Mənbəyə görə, “Siti” klubunun 23 yaşlı futbolçunu aktiv şəkildə
transfer etməsi gözlənilir, lakin bu proses yaya qədər təxirə
salına bilər. “Mançester Yunayted” “Mançester Siti”nin Anderson
məsələsində rəqibi ola bilər.
İngilis futbolçu 2024-cü ilin yayından bəri “Nottinqem Forest”də
çıxış edir. Bu müddət ərzində o, bütün yarışlarda 26 oyunda meydana
çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla
hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt
portalındakı məlumata görə, onun bazar dəyəri 60 milyon
avrodur.


