
Bakı. Trend:
Suriya Prezidenti Əhməd əl-Şaraa kürdlərin hüquqlarının təmin
olunmasına dair fərman imzalayıb. Sənəddə kürdlərin Suriya
cəmiyyətinin ayrılmaz tərkib hissəsi olduğu vurğulanır və ölkə
tarixində ilk dəfə olaraq kürd dilinin dövlət dili kimi tanındığı
qeyd edilir.
Trend xəbər verir ki, bu
barədə AFP xəbər yayıb.
Fərmana əsasən, kürdlərin əhalinin mühüm hissəsini təşkil etdiyi
bölgələrdə məktəblərdə kürd dili tədris ediləcək.
Bundan başqa, 1962-ci il əhali siyahıyaalınması zamanı
vətəndaşlıqdan məhrum edilmiş kürdlərə vətəndaşlığın bərpası imkanı
verilir.


