“PSJ” “Çelsi”nin yarımmüdafiəçisini almaq istəyir

Baş səhifə

Bakı. Trend:

“PSJ” “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandezi transfer
etməyi planlaşdırır.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Paris klubu Enzo Mareska ilə
yolların ayrılmasından sonra London təmsilçisində yaranan gərgin
vəziyyətdən yararlanmaq niyyətindədir.




Lakin “PSJ”nin argentinalı futbolçunu cari qış transfer
pəncərəsində deyil, daha sonrakı dövrdə heyətinə qatmağı
hədəflədiyi bildirilir.

Qeyd edək ki, Fernandes cari mövsümdə bütün turnirlərdə 30
qarşılaşmada meydana çıxıb, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda
qalıb. Onun “zadəganlar”la müqaviləsi 2032-ci ilin yayına qədər
qüvvədədir.