
Bakı.Trend:
14 yanvar 2026-cı il tarixində Pakistanın İslamabad şəhərində
açılışı olan “ASAN xidmət” mərkəzində ASAN könüllüləri də fəaliyyət
göstərirlər.
Trend xəbər
verir ki, bu barədə “Asan xidmət” məlumat yayıb.
Bildirilib ki, ASAN könüllüləri sırasında “Pakistan ASAN
Xidmət”də fəaliyyət göstərən gənclər də var.
Qeyd edək ki, könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı
ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə
43 000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər
tərəfindən 6500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq
layihə keçirilib və 3400-dən çox könüllü “ASAN Kadr” portalı
vasitəsilə işlə təmin olunub.


