Bakı.Trend:
Balakəndə yolu keçən piyadanı maşın vurub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,
hadisə yanvarın 9-da baş verib.
Belə ki, Sadiq Balagözov idarə etdiyi “VAZ-2115” markalı
avtomobillə Balakən rayonunun Qazma kəndindən şəhər istiqamətində
hərəkətdə olarkən yolu keçən piyada, 64 yaşlı Cəərey Əliyevanı
vurub.
Piyada aldığı xəsarətlərdən dünən xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

