İran daxili məsələlərinə müdaxiləni bir daha sərt şəkildə qınayıb

Baş səhifə

Bakı. Trend:

İran ABŞ-nin ölkənin daxili məsələlərinə müdaxiləsini bir daha
sərt şəkildə qınayır.

Trend-in
məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi
Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə telefon
söhbətində deyib.

Telefon söhbətində iranlı nazir ölkədə keçirilən dinc etiraz
aksiyalarının müxtəlif terror qruplaşmaları tərəfindən iğtişaşlara
çevrildiyini qeyd edib və İranın istənilən fitnəkar planlarla
mübarizə etmək iqtidarında olduğunu deyib.




Telefon söhbətində Hindistan xarici işlər naziri Subrahmanyam
Cayşankar da iki ölkənin münasibətlərinin əhəmiyyətini qeyd edərək
regionda gərginliyin artmasının qarşısının alınması və sabitliyin
bərpa olunasının vacibliyini vurğulayıb və ölkəsinin bu istiqamətdə
əməkdaşlığa hazır olduğunu deyib.

Telefon söhbətində iki ölkə nazirləri ikitərəfli münasibətlər,
regional və beynəlxalq məsələlər haqda fikir mübadiləsi
aparıblar.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,
say haqda məlumat verilməyib.