Xaçmaz rayonunda ilin ilk səyyar qəbulu Hacıəlibəy kəndində keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli
hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin
iştirakı ilə Hacıəlibəy kəndində səyyar qəbul keçirib.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat
verilib.

Qəbulda Hacıəlibəy İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə
daxil olan Hacıəlibəy, Ağyazı Buduq, Bayoba, Suxtalaqışlaq
kəndlərinin və Arzu qəsəbəsinin sakinləri iştirak ediblər.




Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi
müraciətlərin həlli istiqamətində görülən işlərə görə
təşəkkürlərini bildiriblər. Həmçinin elektrik təsərrüfatının
yenilənməsi, su təchizatının yaxşılaşdırılması, yolların təmiri və
mavi yanacaqla bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar
verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.