Qətər İranda vəziyyətin nizamlanması üzrə danışıqlara qoşuldu

Baş səhifə

Bakı. Trend:

Qətər İran ətrafındakı vəziyyətin nizamlanması ilə bağlı
danışıqlarda iştirak edir.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin
nümayəndəsi bildirib.




Diplomatik qurum bildirib ki, Qətər İran ətrafında gərginliyin
artması ehtimalına qarşı təhlükəsizliyin təmin edilməsi üçün bütün
zəruri tədbirləri görüb.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,
say haqda məlumat verilməyib.