Tramp lazım gələrsə, İrana qarşı hərbi güc tətbiq edə bilər – Ağ Ev

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp zəruri hesab etdiyi təqdirdə İrana
qarşı hərbi güc tətbiq etməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi
Kerolayn Livitt “Fox News”a verdiyi müsahibədə bildirib.

“O, zəruri hesab etdiyi zaman ABŞ Silahlı Qüvvələrinin öldürücü
gücündən və qüdrətindən istifadə etməkdən çəkinmir”, – deyə o
vurğulayıb.




Mətbuat katibinin sözlərinə görə, cəmi bir neçə ay əvvəl
Tehranın əsas təzyiq vasitəsi nüvə proqramı idi, indi isə vəziyyət
dəyişib.

“Nüvə proqramı onların ən güclü aktivi olub və Prezident Tramp
və ABŞ ordusu onu tamamilə məhv etdilər. Prezident Trampın bundan
sonra nə edəcəyini yalnız o bilir”, – deyə o əlavə edib.