Bakı. Trend:
Polşanın keçmiş ədliyyə naziri və baş prokuroru Zbiqnev Zebro
Macarıstanda siyasi sığınacaq əldə edib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə siyasətçinin vəkili Bartoş
Levandovski “X” sosial şəbəkə hesabında yazıb.
“Seym deputatı Zbiqnev Zebro Polşa ərazisində hüquq və
azadlıqların pozulması ilə əlaqədar, beynəlxalq qanunların zəmanəti
altında Macarıstanda beynəlxalq qorunma və siyasi sığınacaq əldə
edib”, – vəkil qeyd edib.
Qeyd edək ki, Polşanın Ədliyyə Nazirliyi keçmiş nazir barəsində
həbs qərarı çıxarıb və Zebroya qarşı “Pegasus” casus proqramı
vasitəsilə 578 Polşa siyasətçisinin telefonlarının dinlənməsini də
daxil olmaqla, 26 maddədən ibarət ittiham irəli sürüb.

