İranda 3 gün dinc şəkildə etiraz aksiyaları keçirilib – Əraqçi

Baş səhifə

Bakı. Trend:

28-30 dekabr aralığında İranda tam sakit və dinc şəkildə etiraz
aksiyaları keçirilib.

Trend-in
məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi
bu gün Tehranda xarici ölkələrin səfirləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, bu etiraz aksiyaları əsasən ticarətçilər və
bazarda çalışan şəxslər tərəfindən həyata keçirilib.




Əraqçi bildirib ki, 3 gün ərzində keçirilən aksiyalarda
etirazçılar dinc şəkildə öz etirazlarını bəyan etməyə çalışıblar.
Bu istiqamətdə hökumətlə etirazçıların nümayəndələri ilə müxtəlif
görüşlər keçirilib və onların nigaranlığı və problemləri hökumət
rəsmiləri tərəfindən dinlənilib.

İranlı nazir qeyd edib ki, beləliklə ölkədə iqtisadi və maliyyə
problemləri ilə formalaşan etiraz aksiyaları demək olar ki, 3-cü
günündə (30 dekabr) başa çatıb.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,
say haqda məlumat verilməyib.