Bakı. Trend:
Təxminən 12 böyük neft şirkəti Venesuelada fəaliyyət göstərmək
niyyətini açıqlayıb.
Trend xəbər verir
ki, bunu ABŞ-nin Energetika naziri Kris Rayt bildirib.
O, Fox News-a verdiyi müsahibədə bildirib: “Ən azı on iki. Beş
böyük şirkət istehsalı sürətlə artıracaq və daha altı-on iki şirkət
Venesuelaya getməyə hazır olduqlarını deyir.”
Daha əvvəl Britaniyanın “Financial Times” qəzeti xəbər verirdi
ki, Amerika neft şirkətləri Venesuelanın neft sənayesinə
investisiya qoymazdan əvvəl ABŞ Prezidenti Donald Tramp
administrasiyasından “ciddi zəmanətlər” tələb ediblər.

