Ağdaşda piyada ölümü ilə nəticələnən qəza baş verib

Baş səhifə

Bakı.Trend:

Ağdaşda piyada ölümü ilə nəticələnən qəza olub.

Trend-in
məlumatına görə, hadisə yanvarın 9-u saat 17 radələrində baş
verib.

Belə ki, 1968-ci il təvəllüdlü, Ağdaş rayon sakini Hacıyev Ramis
Əsgər oğlu idarə etdiyi “VAZ 2101” minik markalı avtomobillə Ağdaş
rayonu, Yuxarı Ləki kəndi ərazisində yolu keçən piyada – 1966-cı il
təvəllüdlü Şərifov Əvəz Hümmət oğlunu vurub.




Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən həmin ərazidə
ölüb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsinin İstintaq bölməsində
Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi
başlanıb.