Tərtərdə ana və oğul dəm qazından zəhərlənib

Baş səhifə

Bakı.Trend:

Tərtərdə oğul və ana dəm qazından zəhərlənib.

Trend-in
məlumatına görə, hadisə yanvarın 9-u baş verib.

Belə ki, 09.01.2026-cı il tarixdə Tərtər rayon sakinləri 1973-cü
il təvəllüdlü Əzimov Müşviq Əsəd oğlu və anası – 1955-ci il
təvəllüdlü Əzimova Sahibə Salman qızı yaşadıqları Tərtər şəhəri,
Famil Qulami küçəsi döngə 1, ev 7 ünvanında sobadan sızan dəm
qazından zəhərlənib.




Hadisə nəticəsində Müşviq Əzimovun ölməsi, Sahibə Əzimovanın isə
zəhərlənməsi müəyyən olunub.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma
aparılır.