Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb

Baş səhifə
Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb

Sumqayıt şəhərində zavodda partlayış baş verib.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Qurbanov Elməddin Səxavət oğlu operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.