
Bakı.Trend:
ADY 5 yanvar 2026-cı il tarixindən etibarən Bakı–Balakən–Bakı
marşrutu üzrə biletlərə 10% endirim tətbiq edir.
Trend xəbər
verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, qış mövsümündə qüvvədə olacaq yeni tarifə əsasən,
həftəiçi Bakıdan Balakənə və əks istiqamətə gediş haqqı 16.20
AZN-dən başlayır.
Məqsəd sərnişindaşıma xidmətlərinin əlçatanlığının və
keyfiyyətinin, həmçinin sərnişin məmnuniyyətinin
yüksəldilməsidir.


