
Bakı. Trend:
Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar
arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq və
qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür.
Trend xəbər
verir ki, bu fikir Prezident İlham Əliyevin müqəddəs Milad bayramı
münasibətilə Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı müraciətdə yer alıb.
“Cəmiyyətimizdə yüksək birgəyaşayış mədəniyyətinin,
mənəvi-əxlaqi normaların, multikultural dəyərlərin və dözümlülük
prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət
siyasətinin prioritet xəttini təşkil edir”, – deyə Azərbaycan
Prezidenti bildirib.

