Bakı.Trend:
Gəncədə mənzildə kişi meyiti aşkarlanıb.
Trend-in
məlumatına görə, hadisə yanvarın 4-də qeydə alınıb.
Belə ki, saat 09:10-da, 1982-ci il təvəllüdlü Zeynalov Camal
Kamal oğlunun yaşadığı Gəncə şəhəri, Faiq Bayramov küçəsi ev 33
ünvanında yerləşən fərdi yaşayış evində yanmış vəziyyətdə meyiti
aşkar olunub.
Gəncə şəhər prokurorluğunda faktla bağlı araşdırma aparılır.

