Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı – XƏRİTƏ

Baş səhifə

Rusiya ordusu Kupyansk şəhəri uğrunda döyüşlərdə ardıcıl məğlubiyyətə uğrayır.

Modern.az xəbər verir ki, şəhərdəki rus qarnizonu Ukrayna ordusu tərəfindən 3 ayrı qrupa bölünərək mühasirəyə alınıb. 

“Ukraynalılar şəhəri bir neçə kiçik hissəyə bölə biliblər və orada hücum bölmələrimiz qalıb. Kontingentin blokadasını qaldırmaq üçün heç bir iş görülmür. Bu, biabırçılıqdır!”, – deyə Rusiya hərbi bloggerləri sosial şəbəkədə paylaşım ediblər. 

Xatırladaq ki, hələ dekabrın əvvəllərində Rusiya tərəfi şəhərin tam nəzarətə alındığını elan etmişdi.