Tramp: İrandakı etirazlarlarda zor tətbiq edilərsə, müdaxilə edəcəyik

Baş səhifə
Tramp: İrandakı etirazlarlarda zor tətbiq edilərsə, müdaxilə edəcəyik

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranda etirazlar güc tətbiq edilməklə yatırılarsa, Vaşinqton ora müdaxilə edə bilər.

“Report” xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.

“Əgər İran dinc nümayişçilərə atəş açıb və onlarla amansız davranarsa, ABŞ onlara kömək edəcək. Biz silahlanmışıq və döyüşə hazırıq”, – D.Tramp yazıb.

Qeyd edək ki, İranda ağır iqtisadi vəziyyətlə əlaqədar beş gündür kütləvi etiraz aksiyaları keçirilir. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı ölənlər və yaralananlar var.