“BYD” “Tesla”nı qabaqlamağa hazırlaşır

Baş səhifə

Bakı. Trend:

Çin avtomobil istehsalçısı “BYD” elektrik avtomobil bazarında
satış həcmi üzrə dünya lideri ola bilər. Şirkət “Tesla”nı geridə
qoymağa yaxınlaşır.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, “BYD”nin bu uğuru qlobal satışlarda
əhəmiyyətli artımla bağlıdır.




Məlumata görə, “BYD”nin elektrikli avtomobil satışları sürətlə
böyüyür və bu tendensiya davam edərsə, yaxın gələcəkdə satış
həcminə görə “Tesla­”nı üstələyəcək.

Ekspertlər hesab edirlər ki, “Tesla” hələ də texnologiya və
markalaşma baxımından güclü olsa da,” BYD”nin artan satışları və
müxtəlif bazarlara çıxışı bu rəqabətdə şirkəti daha güclü mövqeyə
gətirə bilər.