
Bakı.Trend:
Qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra
“Azəriqaz” İstehsalat Birliyinin smart kart tipli sayğaclarının
fəaliyyətində problem yaranıb. Abonentlər bununla bağlı sosial
şəbəkələrdə bildiriblər ki, problem dekabrın 31-dən yanvarın 1-nə
keçən gecədən qeydə alınmağa başlayıb.
Paylaşımlarda qeyd edilir ki, ödəmə terminallarında karta pul
yükləmək mümkün olmur.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən Trend-in sorğusuna cavab
olaraq bildirilib ki, problemlərdən xəbərdardırlae, lakin smart
kartlara ödəniş edilməməsinin səbəbi terminallardır.
“Azəriqaz”-ın sayğacları və smart kartlarında heç bir problem
yoxdur. Yaranan narahatlıq terminallardakı texniki nasazlıq
səbəbindən baş verib”,- deyə qurumdan bildirilib.


