İsveçrədə milli matəm elan edilib

Baş səhifə

Bakı. Trend:

İsveçrədə Kran-Montana kurortunda baş vermiş böyük yanğın
nəticəsində 40 nəfərin həyatını itirməsi ilə əlaqədar ölkədə milli
matəm elan olunub.

Trend-in
“Reuters”ə istinadən verdiyi məlumata görə, İsveçrə Prezidenti Gi
Parmelin bildirib ki, hüzn əlaməti olaraq paytaxt Bern şəhərində
dövlət bayraqları matəm dövrü ərzində endiriləcək.




Son məlumatlara əsasən, hadisə nəticəsində 115 nəfər müxtəlif
dərəcəli xəsarətlər alıb.