
Bakı. Trend:
Azərbaycan Respublikasının ərazisində istehsal olunan
yük avtomobillərinin satışı 2026-cı il
yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilib.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.
Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən,
Azərbaycan Respublikasının ərazisində istehsal olunan
avtobusların satışı 2025-ci il yanvarın
1-dən 8 il müddətinə ƏDV-dən azaddır.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.

