Fransa sosial şəbəkələri məhdudlaşdırmağı planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Fransa gələn il sentyabrın 1-dən etibarən 15 yaşından kiçik
yeniyetmələrin sosial şəbəkələrdən istifadəsini qadağan etmək
niyyətindədir.

Trend xəbər verir
ki, bu barədə “Franceinfo” portalı müvafiq qanun layihəsinin
mətninə istinadən məlumat yayıb.




Məlumata əsasən, qanun layihəsinin parlamentdə müzakirəsi
yanvarın əvvəlində keçiriləcək. Sənəddə iki əsas təklif yer alıb.
Təkliflərdən biri 15 yaşına çatmayanlar üçün sosial şəbəkələrə
girişin qadağan olunmasını, digəri isə orta məktəblərdə mobil
telefonlardan istifadənin məhdudlaşdırılmasını nəzərdə tutur.

Qeyd edək ki, Fransada 2018-ci ildən etibarən məktəbəqədər
təhsil müəssisələrindən başlayaraq orta məktəb səviyyəsinədək dərs
zamanı mobil telefonlardan istifadə qadağandır.