Bakı. Trend:
Rumıniya NATO üzvü olan Avropa ölkələrinin Kiyev üçün ABŞ
ehtiyatlarından silah aldığı PURL (Ukrayna üçün Prioritet Tələblər
Siyahısı) proqramı çərçivəsində Ukraynaya silah alınması məqsədilə
50 milyon avro vəsait ayıracaq.
Trend-in
məlumatına görə, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat
yayıb.
Nazirliyin rəsmi saytında dərc olunmuş mətbuat açıqlamasında
bildirilir ki, “Rumıniya hökuməti ABŞ-ın təklif etdiyi PURL-a töhfə
verən ölkələrə qoşulmaq və 50 milyon avro məbləğində ianə etmək
barədə qərar qəbul edib”.
“PURL mexanizmi, xüsusilə Tramp administrasiyasının müttəfiqlər
arasında təhlükəsizlik məsuliyyətlərinin daha ədalətli
bölüşdürülməsi yanaşması kontekstində, ABŞ administrasiyası üçün
mühüm xarici siyasət və təhlükəsizlik alətidir. ABŞ tərəfi PURL
vasitəsilə tərəfdaş ölkələri Ukraynanın dəstəklənməsinə birbaşa və
ölçülə bilən şəkildə cəlb etməyə, eyni zamanda əlaqələndirilmiş
fəaliyyət çərçivəsi yaratmağa çalışır”, – deyə nazirlik
bildirib.

