Aqrar Sığorta Fondunun xeyrinə verilmiş veksellərin müddəti artırılıb

Baş səhifə
Aqrar Sığorta Fondunun xeyrinə verilmiş veksellərin müddəti artırılıb

Nazirlər Kabineti “Aqrar Sığorta Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” 1 oktyabr 2020-ci il tarixli qərarında dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Maliyyə Nazirliyinin Fondun nizamnamə kapitalının ödənilməsi məqsədilə qurumun xeyrinə verdiyi 4 milyon manat məbləğində sadə faizsiz şərtli veksellərin müddəti 5 ildən 10 ilə çatdırılıb.