
Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri “Iron Beam” raket hücumlarından
müdafiə lazer sistemini istifadəyə verib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi
məlumat yayıb.
Bildirilir ki, yeni silah ordunun sərəncamına verilməzdən əvvəl
müxtəlif təhdidlərə qarşı silsiləvi sınaqlardan uğurla keçib,
raketləri, minaatan mərmilərini və pilotsuz uçuş aparatlarını
uğurla dəf edib.
Müdafiə Nazirliyinin məlumatına görə, “Iron Beam” İsrail Hərbi
Hava Qüvvələrinə inteqrasiya ediləcək və İsrailin çoxsəviyyəli hava
hücumlarından müdafiə sisteminə “Iron Dome”, “David’s Sling” və
“Arrow” sistemlərinə əlavə kimi daxil ediləcək.


