
Bakı. Trend:
“Qalatasaray”ın futbolçusu Berkan Kutlu yanvar ayında komandadan
ayrılacaq.
Trend xəbər verir ki,
türkiyəli yarımmüdafiəçisi iki klubun diqqət mərkəzindədir. Bu
barədə “Fanatik” nəşri məlumat yayıb.
“Konyaspor” artıq Berkanla danışıqlara başlayıb. “Ağ-yaşıllar”
27 yaşlı oyunçuya 2,5 illik müqavilə və illik 400 min avro maaş
təklif edib. Təcrübəli futbolçu ilə “Trabzonspor” da
maraqlanır.
Qeyd edək ki, “Qalatasaray” Berkan Kutlunu 2021-ci ilin yayında “Alanyaspor”dan 4 milyon avroya transfer edib. Türkiyə millisinin
sabiq üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana
çıxdığı 9 rəsmi matçda 1 qol ötürməsi edib.


