İtaliya millisinin sabiq hücumçusu klubsuz qaldı

Baş səhifə

Bakı. Trend:

Birləşmir Ərəb Əmirliklərinin “Əl-Nəsr” klubu Manolo Qabbiadini
ilə yollarını ayırıb.

Trend xəbər verir ki, bu
barədə klubun mətbuat xidməti məlumat yayıb.




İtaliya millisinin sabiq üzvü ilə gələn ilin yayında başa
çatmalı olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam
verilib.

Qeyd edək ki, Manolo Qabbiadini 2023-cü ilin iyul aayında “Sampdoriya”dan ayrıldıqdan sonra azad agent statusu ilə “Əl-Nəsr”ə
keçmişdi. 34 yaşlı hücumçu Dubay təmsilçisinin heyətində meydana
çıxdığı 45 rəsmi matçda 17 qol və 3 məhsuldar ötürmə ilə yadda
qalıb.