
Sumqayıtda avtomobil yanaraq külə dönüb.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə Yaşıldərə yaşayış massivinin Hafiz Baxış küçəsində qeydə alınıb.
“Toyota Corolla” markalı minik avtomobili hərəkətdə olarkən anidən alışıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları tərəfindən söndürülüb. Ətrafda olan digər nəqliyyat vasitələrinə və ərazilərə ziyan dəyməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır, yanğının səbəbləri müəyyənləşdirilir.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


