Gürcüstana 1 kq-dan çox kokain keçirməyə çalışan rusiyalı qadın saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisi
beynəlxalq hava limanında ölkəyə iri partiyada narkotik vasitə
(kokain) keçirməyə çalışan Rusiya vətəndaşı olan bir qadını
saxlayıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər
Nazirliyinin mətbuat xidməti məlumat yayıb.




“Hüquq mühafizə orqanları əməkdaşları Tbilisi beynəlxalq
aeroportunda saxlanılan şəxsin yükünə baxış keçirən zaman, çantada
gizlədilmiş 1kq və 200 qram miqdarında narkotik vasitə olan kokain
aşkarlayaraq müsadirə edib, aşkarlanmış narkotik vasitənin “qara
bazarda” dəyəri 1 milyon laridən çoxdur (təxminən 370 min dollar)”,
-deyə məlumatda qeyd olunur.

Saxlanılmış 36 yaşlı Rusiya Federasiyası vətəndaşının təqsiri
sübuta yetirilərsə onu 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası
gözləyir.