
Bakı. Trend:
Nyu-York Ticarət Birjasının bir bölməsi olan Comex birjasında
2025-ci ilin fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti troya
unsiyası üçün 4 550 dollardan yuxarı qalxaraq yeni rekord səviyyəyə
çatıb.
Trend xəbər verir
ki, Bakı vaxtı ilə saat 05:23-ə olan məlumata görə, qiymət 1,88%
artaraq 4 553,4 dollar təşkil edib. Saat 06:15-ə olan məlumata
görə, qızılın qiyməti yavaşlayaraq 1,58% artımla troya unsiyası
üçün 4 540 dollar olub.
Eyni zamanda, Comex birjasında 2026-cı ilin mart ayında
çatdırılma üçün gümüş fyuçerslərinin qiyməti troya unsiyası üçün
72,325 dollara (5,48% artım) yüksəlib.


