
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə Pirşağı yolu ərazisində qeydə alınıb.
İlkin məlumata görə, A.Rzayevanın idarə etdiyi “Nissan” markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə hakim hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


