“Milan”la “Komo” arasında keçiriləcək oyun Avstraliyada baş tutmayacaq

Baş səhifə

Bakı. Trend:

İtaliya A Seriyasının “Milan”la “Komo” arasında keçiriləcək oyun
Avstraliyanın Pert şəhərində baş tutmayacaq.

Trend xəbər verir ki, son
həftələrdə yekunlaşmağa yaxın olan uzunmüddətli danışıqlar
uğursuzluqla nəticələnib.

“Milan” və A Seriyası bu ideyanın reallaşdırılması üçün maksimum
səy göstəriblər.




Matç İtaliya çempionatının Avstraliyada tanıdılması baxımından
kommersiya və strateji addım kimi dəyərləndirilirdi.

Qeyd edək ki, A Seriyasının 24-cü turunun “Milan” – “Komo”
oyununun fevralın 8-də keçirilməsi planlaşdırılır.