Aİ Şurası Rusiyaya qarşı sanksiyaları daha 6 ay müddətinə uzadıb

Baş səhifə

Bu gün Avropa İttifaqı Şurası Rusiyaya qarşı sanksiyaları daha 6 ay müddətinə – 31 iyul 2026-cı il tarixinədək uzadıb.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında məlumat verilib.

Qeyd olunur ki, Rusiyaya qarşı sanksiyalar ilk dəfə 2014-cü ildə tətbiq olunub və 2022-ci ilin fevralından etibarən Rusiya tərəfindən Ukraynaya qarşı edilən əsassız, qanunsuz və təcavüzkar hərbi əməliyyatlara cavab olaraq əhəmiyyətli dərəcədə genişləndirilib.