Balakən Gömrük İdarəsi külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz idxalının qarşısını alıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks
əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli
miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla ölkə ərazisinə
gətirilməsinin qarşısı alınıb.

Trend-in
məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi bildirib.

Mazımqara gömrük postunda Türkiyədən Azərbaycana günəbaxan yağı
yükü gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu
vasitəsilə baxış keçirilib. Monitorda şübhəli təsvirlər müşahidə
edildiyindən yükə gömrük yoxlaması tətbiq olunub.

Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 83 000 ədəd
dərman və tibbi vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.