Bakıda işlədiyi evdə oğurladığı dollarların yerinə saxtalarını qoyan usta saxlanılıb

Baş səhifə

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, həmin evdə usta kimi işləyən şəxs ev sahibinin çantasından 1450 manat və 4300 dollar oğurlayıb.

O, törətdiyi əməli ört-basdır etmək üçün çantaya oğurladığı maddi vəsait miqdarında saxta əskinaslar qoyub. Bu barədə 65 yaşlı zərərçəkən polisə müraciət edib.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ə.Məmmədzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.