
Bakı. Trend:
Zlatan İbrahimoviçin oğlu “Milan”la ilk peşəkar müqaviləsini
imzalayıb.
Trend xəbər verir ki, Vinsent
İbrahimoviç 17 yaşındadır və dayaq yarımmüdafiəçisi mövqeyində
çıxış edir. İtaliya klubunun açıqlamasında deyilir:
“Milan” FK Vinsent Zlatan Seqer İbrahimoviçlə ilk peşəkar
müqavilənin imzalandığını məmnuniyyətlə elan edir. O, gənc
istedadların hazırlanması və inkişafına həsr olunmuş “Milan Futuro”
layihəsinin bir hissəsi olacaq”.
Qeyd edək ki, Vinsentin böyük qardaşı Maksimilian İbrahimoviç
artıq “Milan”da çıxış edir və klubun U19 komandasında oynayır.


