ABŞ-da təyyarə qəzaya uğrayıb, 7 nəfər həlak olub – VİDEO – YENİLƏNİB

Baş səhifə

Statesville hava limanında eniş zamanı qəzaya uğrayan “Cessna 550” biznes təyyarəsinin göyərtəsində olan şəxsləri hamısı həlak olub.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Şimali Karolina ştatının rəsmiləri məlumat veriblər.

Rəsmilər qəzadan sonra baş verən yanğın səbəbilə sərnişinlərin dəqiq siyahısını açıqlaya bilmədiklərini, lakin ölən yeddi nəfər arasında təqaüddə olan NASCAR (avtomobil yarışları) sürücüsü Qreq Biffl, həyat yoldaşı və iki uşağının da olduğunun güman edildiyini bildiriblər.

ABŞ Federal Aviasiya Administrasiyası təyyarənin Statesville hava limanında eniş zamanı qəzaya uğradığını açıqlayıb.

***

22:07

ABŞ-ın Statesville hava limanında təyyarə qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.

Təyyarənin modeli, hansı şirkətə məxsus olması və hansı reyslə uçması ilə bağlı hələ ki, rəsmi məlumat yoxdur.

Məlumatda həmçinin hadisə nəticəsində ölənlərin olduğu, lakin sayla bağlı dəqiq məlumat olmadığı bildirilir.

Hava limanı, digər xidmətlərlə yanaşı, avtomobil yarışlarına da xidmət göstərir.